Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun iştirakı ilə qazilər, müharibə veteranları Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət ediblər

25 iyul 2022 | 16:57

İyulun 24-də bir qrup qazilərin və müharibə veteranlarının istəyi ilə rayon rəhbəri Nahid Bağırovun da iştirakı ilə Bakı şəhərinə səfər olub.

Səfər iştirakçıları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, gül dəstələri qoyub, xatirələrini hörmət və ehtiramla yad ediblər.

Daha sonra İkinci Şəhidlər xiyabanında ölkəmizin suverinliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin eləcə də İsmayıllıdan olan şəhdilərimiz Ruslan Tağıyev və Xeyrulla İbrahimovun, həmçinin general-mayor Polad Həşimovun və Milli qəhrəman Mübariz İbrahimovun məzarları ziyarət edilib, üzərinə gül dəstələri qoyulub.

Ziyarətdən sonra rayon rəhbəri qazilər və müharibə veteranları ilə birlikdə nahar süfrəsi ətrafında səmimi söhbət edib, qazilər keçdikləri döyüş yolundan danışıblar.

Səmimi səfərdən razı qalan müharibə əlilləri və veteranlar öz onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinı təşəkkürlərini bildiriblər.

Sonda xatirə şəkli çəkilib.

Keçidlər