Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı RİH-də vətəndaşların növbəti qəbulu keçirilib

08 may 2024 | 14:17

İsmayıllı Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə və digər xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə sakinlərin növbəti qəbulu keçirilib, müraciətləri dinlənilib.

Şəhid ailələri, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.

Sakinlər tərəfindən edilən müraciətlər fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, məşğulluq, eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərdən icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.

Məlumat üçün bildiririk ki, vətəndaşlar qəbula ((020) 28-164) Qaynar Xətt nömrəsinə zəng vuraraq və ya elektron qaydada (mail@ismayilli-ih.gov.az) yazıla bilərlər.

Keçidlər