İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 28 May-Müstəqillik Günü münasibətilə təbriki
Əziz həmvətənlər!
28 may xalqımızın şanlı tarixinə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması günü kimi daxil olmuşdur. Bu gün bu tarixdən 106 il keçir. Hər il Azərbaycan xalqı bu günü böyük sevinc və qürur hissi ilə qeyd edir. Çünki Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə yenidən qurulmuş müasir Azərbaycanda dövlətçilik özünün yüksək zirvəsinə çatıb. Bu gün ölkəmiz Heydər Əliyev ideyalarının siyasi varisi, müasir Azərbaycanın uzaqgörən lideri, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, iqtisadi, hərbi, siyasi, mənəvi gücünü günbəgün artırır, xalqımız xoşbəxt gələcəyə doğru irəliləyir.
Əziz ismayıllılar, sizi 28 May-Müstəqillik Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş və səmimi arzularımı çatdırıram.
Müstəqillik Günümüz mübarək olsun!