Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Resort Hoteldə bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirməsi məqsədilə seminar keçirilib.

31 may 2024 | 19:05

Seminarda İsmayıllı Rayon İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri və üzvləri, müstəqil ekspert, təlimçi, hüquqşünas Abil Bayramov, bələdiyyə sədrləri və bələdiyyələrdə yaradılmış gender komissiyalarının üzvləri iştirak edib.

Təlimçi Abil Bayramov seminarların keçirilməsində məqsəd bələdiyyələrdə yaradılmış gender komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi, yerli idarəetmədə gender bərabərliyi prinsipinin təşviqi və qadınların təmsilçiliyinin gücləndirilməsi, eyni zamanda məişət zorakılığının qarşısının alınması istiqamətində məlumatlılığın artırılması olduğunu bildirib.

Görüşdə həmçinin məişət zorakılığının qarşısının alınması ilə bağlı bələdiyyələrdə yaranan gender komissiyalarının rolu barədə müzakirələr aparılıb və bələdiyyələrdə yaradılmış gender komissiyalarının üzvlərinə müvafiq tövsiyələr verilib.

Keçidlər