Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun Qurban bayramı münasibətilə İsmayıllı sakinlərini təbriki

16 iyun 2024 | 07:54

Əziz həmvətənlər!

Sizi Rəbbimizin insanlığa lütf və inayətinin rəmzi olan mübarək Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim əleyhissalamın əhdi və Həzrət İsmayıl əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün əsrlər boyudur ki, dünyamıza ümumbəşəri birlik və insanpərvərlik mesajını çatdırır.

Bu bayram insanları mərhəmətə və mənəvi saflığa ruhlandıran dəyərli adət-ənənələrimizdən biridir.

Bayram günləri müsəlmanlarımız Allah və din yolunda öz müqəddəs borcunu yerinə yetirir, qurbanlar kəsir, imkansızlara və ehtiyacı olanlara yardımlar edir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur.

Bu əziz bayram münasibətilə hər birinizi təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağınızı arzu edirəm. Allah-Taala dua və ibadətlərinizi qəbul etsin, Qurban bayramınız mübarək olsun!

Hörmətlə, RİH başçısı Nahid Bağırov

Keçidlər