İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə ekskursiya təşkil edilib
27 iyun 2024 | 14:18
Uşaq Səfirlər Məclisinin İsmayıllı rayonu üzrə region nümayəndələrinin təşəbbüsü ilə məclisin könüllüləri İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə ekskursiya təşkil ediblər.
Mərkəz həssas ailələrə və şəxslərə yönəlmiş dəstək tədbirləri həyata keçirir, ailə, qadın və uşaq məsələləri ilə bağlı müxtəlif sosial layihələr və proqramlar hazırlayaraq icra edir, məişət zorakılığı, erkən nikah, narkomaniyanın qarşısının alınması, həmçinin ailə dəyərlərinin, sağlam həyat tərzinin təbliği, gender mədəniyyətinin formalaşdırılması üzrə əhalinin maarifləndirilməsi işləri aparır, valideynlərin və mütəxəssislərin bacarıqlarının artırılması məqsədilə təlimlər təşkil edir.