İsmayıllı rayonunda Elm və Təhsil Nazirliynin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun maarifləndirici tədbiri və 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyəti, Təhsil Tələbə Krediti Fondu, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə İsmayıllı RİH başçısının müavini Sevil Əhmədova, Ağsu RİH başçısının müavini Sevil Mirzəliyeva, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Təhsil Tələbə Krediti Fondunun idarə heyətinin sədr müavini Bəhruz Əzimov, Mərkəzi Karyera Planlaşması şöbəsinin aparıcı mütəxəssisi, İsmayıllı və Ağsu rayon təhsil ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və bir qurup məktəbli iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev bütün müəllimləri peşə bayramları münasibətilə təbrik edib. Müəllimlik peşəsinin nüfuzundan və əhəmiyyətindən söz açan Rövşən müəllim Azərbaycanda müəllimə hər zaman yüksək dəyər verildiyini qeyd edib.
RİH başçısının müavini Sevil Əhmədova çıxış edərək RİH başçısı Nahid Bağırovun adından bütün müəllimləri təbrik edib. Cənab prezident İlham Əliyevin təhsilə göstərdiyi yüksək qayğıdan söz açan Sevil xanım müəllimlərə əzm və iradə arzulayıb, bir qurup qabaqcıl təhsil işçisinə RİH başçısının təşəkkürnaməsini təqdim edib.
Ağsu RİH başçısının müavini Sevil Mirzəliyeva xalqımızın həyatında təhsilin önəmini vurğulayıb, bu əlamətdar gün münasibətilə müəllimləri təbrik edib.
Tədbirdə iştirak edən Təhsil Tələbə Kredit Fondunun idarə heyətinin sədr müavini Bəhruz Əzimov gənclərə göstərilən kredit xidmətinin üstünlüklərindən danışıb.
Görüşdə təhsildə xüsusi xidmətləri və əməyi olan müəllimlərə, həmçinin bir qurup şəhid ailələrini təmsil edən təhsil işçilərinə Azərbaycan AHİT İsmayılli komitəsi tərəfindən diplom, Fəxri Fərman və hədiyyələr təqdim edilib.
Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim" adına layiq görülmüş Çingiz Muradlı ona göstərilən etimada görə təşəkkürünü bildirib.
Sonda xatirə şəkili çəkilib.