Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunun İvanovka kəndində növbəti “Məhsul bolluğu və şükranlıq” bayramı keçirilib

06 oktyabr 2024 | 19:14

Bu gün İsmayıllı rayonunun İvanovka kəndində növbəti “Məhsul bolluğu və şükranlıq” bayramı keçirilib.

400 nəfərin iştirak etdiyi məhsul bolluğu tədbirində kəndin ağsaqqalları qazanılan uğurlarda çəkilən zəhmətlə yanaşı Ulu Yaradanın da mərhəməti olduğunu bildiriblər.

Halal zəhmətlə açılan, bolluq əks etdirən süfrələrin kənarında əyləşənlər Ulu Yaradana dualar edib, növbəti məhsul ilində də ruzilərinin, becərdikləri məhsulların bol olmasını arzulayıblar.

Birlik və bolluq əks etdirən məclisdə müharibələr, şər qüvvələr pislənilib və firavan həyat üçün sülhün, halallığın və zəhmətə bağlılığın əsas amillər olduğu qeyd olunub.

Bayramınız mübarək olsun!

Keçidlər