İsmayıllı-tolerantlığın və multikulturalizmin beşiyi
09 oktyabr 2024 | 22:12
Multikulturalizmliyi və tolerantlığı ilə dünyaya nümunə olan Azərbaycanın ən multikultural rayonlarından biri də İsmayıllı rayonudur. İsmayıllı azsaylı xalqların, etnik qrupların, müxtəlif dinə, dilə mənsubların yaşadığı, öz adət-ənənələrini qoruyub-saxladığı, inkişaf etdirdiyi bölgələrdəndir. Burada bir neçə azsaylı xalqlar bir-biri ilə yaxın qonşuluq, səmimi dostluq şəraitində yaşayırlar.
Bu gün İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonun azsaylı xalqlarının bir hissəsinin yaşadığı İvanovka kəndinin ağsaqqaları və ziyalıları ilə görüş keçirib.