Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda 8 Noyabr-Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib

08 noyabr 2024 | 23:04

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində RİH başçısı Nahid Bağırov, millət vəkili Novruzəli Aslanov, RİH-in əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib. Daha sonra Şəhidlər xiyabanına yürüş təşkil olunub, abidə önünə əklil və şəhidlərin məzarlarına gül dəstələri düzülüb.

Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədova, VII Muğam Televiziya müsabiqəsinin qalibi İlahə Nəbiyeva, "Niyal" İnstrumental ansamblının solistləri öz ifaları ilə tədbir iştirakçılarına xoş anlar yaşadıblar. 

Zəfərimiz mübarək olsun! 

Yaşa, Ali Baş Komandan! 

Var ol, Azərbaycan Ordusu!

Keçidlər