Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 9 Noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbriki

09 noyabr 2022 | 09:12

Sizi 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən biridir. Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir. Özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

Qürurluyuq ki, cənab Ali Baş Komandanın Dəmir yumruğu ətrafında birləşən xalqımız Şanlı Azərbaycan Bayrağını işğaldan azad edilmiş torpaqlarda dalğalandırmağı bacardı. Bizə bu sevinci, qüruru yaşadan Vətən oğullarını heç bir zaman unutmayacağıq. 

Müstəqilliyimizin rəmzi olan bayrağımızın daha yüksəklərdə dalğalanması diləyilə, Bayramınız Mübarək!

Keçidlər