Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda fəaliyyət göstərən sahibkarlar “Açıq mikrofon” aksiyasında iştirak edib

17 noyabr 2022 | 13:15

SOCAR “Azəriqaz” İB-nin KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla İsmayıllı rayonunda görüş təşkil olunub. Aksiyada Birliyin məsul şəxsləri ilə yanaşı, İsmayıllı İcra Hakimiyyətinin və KOBİA-nın nümayəndəsi də iştirak edib.

Görüşdə çıxış edən Birliyin baş direktorunun müavini Rəşad Cavadov bildirib ki, bu aksiyanın keçirilməsində məqsəd sahibkarların qaz təchizatı ilə bağlı problemlərini və təkliflərini dinləmək, eyni zamanda onların qarşılaşdıqları çətinliklərin operativ şəkildə aradan qaldırılmasına köməklik etməkdir. O, çıxışı zamanı sahibkarlara göstərilən dövlət qayğısından söz açaraq hər zaman sahibkarlara dəstək olduqlarını və bundan sonra da bu dəstəyin davam etdiriləcəyini qeyd edib.

Aksiyada söz alan sahibkarlar təmsil etdikləri sahibkarlıq obyektlərinin yaranan debitor borcları barədə çıxış edərək bu məsələdə onlara köməklik göstərilməsini xahiş ediblər.

Sahibkarlara göstərilən diqqəti yüksək qiymətləndirən KOBİA nümayəndəsi təmsil etdiyi qurumun sahibkarlığın inkişafı istiqamətində gördüyü işlərdən söz açıb.

Aksiyada səsləndirilən bütün müraciətlər araşdırılması üçün qeydiyyata alınıb.

Keçidlər