İsmayıllı rayonunda “İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun təbliğat işinin gücləndirilməsi” mövzusunda tədbir keçirilib
İsmayıllı Heydər Əliyev Mərkəzində rayonda “İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun təbliğat işinin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan görüşdə təbliğat qruplarına daxil olan idarə, təşkilat, müəssisə rəhbərləri, habelə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Tədbirin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq tarixi qələbə qazanan və yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları, əldə olunmuş nailiyyətlər, habelə bu siyasətin prioritet istiqamətləri barədə hər bir vətəndaşımızın məlumatlandırılmasının müstəsna əhəmiyyətini nəzərə alaraq, RİH başçısının Sərəncamı ilə yaradılmış yeni tərkibdə təbliğat qruplarının maarifləndirmə işini daha da gücləndirməkdir.