İsmayıllı rayonunda 27 Sentyabr-Anım Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib
27 sentyabr 2025 | 19:46
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ziyarətdə hüquq-mühafizə orqanları, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat və ictimaiyyətin nümayəndələri iştirak edib.
Sentyabrın 27-də - Anım Günü ilə əlaqədar saat 12:00-da rayon ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, səs siqnalları verilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






