Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda “Anım Günü” ilə əlaqədar olaraq şəhid ailələri ziyarət olunub

29 sentyabr 2025 | 08:41

Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrinə olan diqqət və qayğısını, tövsiyələrini nəzərə alaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş  şəhidlərimizin ailələri ziyarət olunub.

Görüş zamanı igid oğullarımızın qəhrəmanlığından, şəhidlərimizin canı və qanı, əsgər və zabitlərimizin şücaəti ilə düşmən tapdağından azad olunan torpaqlarımızdan, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi Qarabağda aparılan abadlıq-quruculuq işlərindən danışdıq. 

Qəhrəmanlar unudulmur!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər