Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı şəhər Eldar Məmmədov adına 3 saylı məktəb-liseydə növbəti görüş keçirilib

15 oktyabr 2025 | 15:53

İsmayıllı rayonunda təhsilin inkişafı istiqamətində təşkil olunan tədbirlər çərçivəsində 3 saylı məktəb-liseydə növbəti görüş baş tutub.

Görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, məktəbin pedaqoji kollektivi ilə bir araya gəlib. Tədbir zamanı məktəbin əldə etdiyi təhsil nailiyyətləri, şagird və müəllim heyətinin qazandığı uğurlar, eyni zamanda mövcud problemlər və çətinliklər ətraflı müzakirə olunub.

Görüşdə həmçinin təhsil prosesinin daha da təkmilləşdirilməsi məqsədilə yeni, innovativ və kreativ təkliflər səsləndirilib. İdeyaların reallaşdırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqların və göstərişlərin verilməsi qeyd olunub.

Nahid Bağırov müəllimlərin cəmiyyətin formalaşmasında oynadığı əhəmiyyətli rolu xüsusi vurğulayaraq, onların fəaliyyətinin daim diqqət mərkəzində olduğunu bildirib. Görüş səmimi və qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.

Keçidlər