İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib
7 noyabr 2025-ci il tarixində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində 8 Noyabr – “Zəfər Günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə kollecin direktoru, dosent Kamalə Süleymanlı, İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov, şəhid valideynləri, qazilər, müəllim və tələbə kollektivi iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Çıxış edənlər 8 Noyabr – Zəfər Gününün xalqımızın qəhrəmanlıq salnaməsində mühüm yer tutduğunu, şəhidlərin Vətənimizin azadlığı və suverenliyi uğrunda göstərdikləri igidliyin hər zaman hörmət və ehtiramla yad ediləcəyini vurğulayıblar.
Tədbir tələbələrin hazırladıqları mahnı, rəqs və şeir nömrələri ilə davam edib, iştirakçılara unudulmaz anlar yaşadıb.
Bu tədbir gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, Zəfər Gününün əzəmətinin təbliği və milli dəyərlərə sədaqətin gücləndirilməsi məqsədi daşıyıb.






