Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin iclası keçirilib

05 dekabr 2025 | 17:22

İclasda giriş nitqi ilə çıxış edən İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Şahin Hüseynov son dövrdə rayonda məşğulluq sahəsində aparılan işlər barədə məlumat verib. O, əhalinin işlə təmin olunması istiqamətində müxtəlif dövlət qurumları ilə birgə həyata keçirilən tədbirlərin nəticələrinə toxunaraq yeni təşəbbüslərin də gündəmdə olduğunu qeyd edib.

Tədbirdə çıxış edən digər iştirakçılar Azərbaycan Respublikası Prezidentinin əhalinin məşğulluğunun yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncamların icrası çərçivəsində rayonda görülmüş işləri və qarşıda duran hədəfləri təqdim ediblər. Qeyri-rəsmi məşğulluğun azaldılması, əhalinin rifahının artırılması və işəgötürənlərlə işçi arasında bağlanan müqavilələrin düzgün rəsmiləşdirilməsi iclasın əsas müzakirə mövzularından olub.

Eyni zamanda Əlaqələndirmə Komitəsinin son bir il ərzində apardığı fəaliyyət istiqamətləri təqdim olunub, mövcud çətinliklər və onların aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb. Komissiya üzvləri məşğulluq sahəsində daha səmərəli nəticələrin əldə olunması üçün müxtəlif təkliflərlə çıxış ediblər.

Sonda iclasın Qərar layihəsi səsləndirilib və iştirakçıların sualları cavablandırılıb.

Keçidlər