Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunun Lahıc qəsəbəsində və Cülyan kəndində "Sel və daşqınların dağıdıcı təsirinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi və təbii fəlakət zamanı əhalinin davranışı" mövzusunda maarifləndirici tədbir keçirilib

06 aprel 2026 | 15:40

İsmayıllı Rayon İcra Hakimiyyəti, FHN Şimal-qərb Regional Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya İdarəsinin əməkdaşlarının iştirakı ilə İsmayıllı rayonu, Lahıc qəsəbəsində və Cülyan kəndində "Sel və daşqınların dağıdıcı təsirinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi və təbii fəlakət zamanı əhalinin davranışı" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə sel və daşqınların yaranma səbəbləri, onların törədə biləcəyi təhlükələr, eləcə də bu cür halların qarşısının alınması üçün görülməli qabaqlayıcı tədbirlər barədə iştirakçılara məlumat verilib. Eyni zamanda, fövqəladə vəziyyət zamanı əhalinin düzgün davranış qaydaları izah olunmuş, təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi xüsusi vurğulanıb.

Sonda vətəndaşlara maarifləndirici məlumat vərəqələri paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, belə maarifləndirici tədbirlərin əhəmiyyətinin böyük olduğu qeyd edilib.

Keçidlər