Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində pedaqoji kollektivlə İdeoloji maarifləndirmə konsepsiyası çərçivəsində görüş keçirilib

08 aprel 2026 | 19:28

Tədbirin əsas məqsədi İdeoloji maarifləndirmə istiqamətində həyata keçirilən fəaliyyətlərin dəyərləndirilməsi, mövcud vəziyyətin təhlili və gələcək hədəflərin müəyyənləşdirilməsi olub. Görüş zamanı bu sahədə görülən işlərə ümumi baxış keçirilib, təhsilalanlarla aparılan maarifləndirici tədbirlərin nəticələri diqqətə çatdırılıb.

Müzakirələrdə əldə olunmuş nailiyyətlər qiymətləndirilib, qarşıda duran vəzifələrin daha effektiv icrası üçün təkliflər səsləndirilib. Eyni zamanda, gənclərin idmana marağının artırılması, onların asudə vaxtlarının faydalı və səmərəli təşkili istiqamətində yeni təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində müəllimlərin rəy və təklifləri dinlənilib, qarşılıqlı müzakirələr aparılıb. Bu cür görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyəti vurğulanıb və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində birgə fəaliyyətin davam etdiriləcəyi qeyd olunub.

Keçidlər