Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda Ağsaqqallar Şurasının növbədənkənar iclası keçirilib

02 iyun 2026 | 17:20

İsmayıllı rayonunda Ağsaqqallar Şurasının növbədənkənar iclası keçirilib. Tədbir Heydər Əliyev Mərkəzində baş tutub. İclasda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatları Eldar İbrahimov və Novruzəli Aslanov iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, İlham Əliyev tərəfindən ağsaqqallara göstərilən diqqət və qayğı onların cəmiyyətdəki rolunu daha da möhkəmləndirir.

İclasda təşkilati məsələlər müzakirə olunub. Şuranın sədri Valeh Salehov səhhəti ilə əlaqədar vəzifəsindən istefa verib. Əsasnaməyə uyğun keçirilən açıq səsvermə nəticəsində Balakişi Xuduyev İsmayıllı Rayon Ağsaqqallar Şurasının yeni sədri seçilib. Eyni zamanda, İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdirilib.

Çıxışlarda ağsaqqalların gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişməsində mühüm rolu, həmçinin Vətən müharibəsi dövründə göstərdikləri mənəvi dəstək xüsusi vurğulanıb.

Sonda yeni seçilmiş sədr Balakişi Xuduyev göstərilən etimada görə minnətdarlığını bildirərək, Şuranın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində səylə çalışacağını qeyd edib.

Keçidlər