Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı məktəblərində “Son zəng” sevinci yaşanıb

13 iyun 2026 | 21:43

Respublikamızın hər yerində olduğu kimi, İsmayıllı rayonunun ümumtəhsil məktəblərində də “Son zəng” tədbirləri böyük coşqu və sevinc hissi ilə qeyd olunub.

Rayonun təhsil müəssisələrində keçirilən tədbirlərdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edərək məzunların sevincinə şərik olublar.

“Son zəng” məktəb illərinin yaddaqalan xatirələrini özündə birləşdirən, gənclərin həyatında yeni bir mərhələnin başlanğıcını simvolizə edən əlamətdar gündür. Bu gün məktəblə vidalaşan məzunlar gələcəyə doğru ilk böyük addımlarını atır, qazandıqları bilik və dəyərlərlə müstəqil həyata qədəm qoyurlar.

Əziz məzunlar, hər birinizi “Son zəng” münasibətilə ürəkdən təbrik edir, gələcək həyatınızda möhkəm iradə, yüksək nailiyyətlər və uğurlar arzulayıram. Qoy qazandığınız biliklər sizi daim zirvələrə aparsın, səsiniz və uğurlarınız hər zaman yüksəklərdən eşidilsin!

Keçidlər