Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırovun 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə təbriki

02 fevral 2023 | 09:33

Əziz, gənclər!

Sizi 2 Fevral - Gənclər Günü münasibətilə təbrik edir, hər birinizə işlərinizdə və ictimai fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Bu gün 26 illiyi qeyd olunan Azərbaycan Gəncləri Gününün təsis edildiyi tarix Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1997-ci ildə Ulu Öndərimizin "2 Fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncamı nəinki gənclərin, eləcə də bütün ölkə vətəndaşlarının böyük ruh yüksəkliyinə səbəb olmuşdur. Gənclərə hər zaman diqqət və qayğı ilə yanaşılmasını ön plana çəkən Ümummili Liderin gənc nəslin bilik və bacarıqlarının inkişafında, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rolu olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən dövlət gənclər siyasəti bu gün gənclərin ölkə həyatının bütün sahələrindəki fəallığını daha da artırıb. Bu gün Azərbaycan gənclərinə ölkənin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılmışdır. Gənc nəslin hərtərəfli inkişafı dövlətimizin diqqət mərkəzindədir.

Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında İsmayıllı gənclərinin rolu danılmazdır. Bu gün rayonumuzun gəncləri müxtəlif sahələrdə qazandığı uğurlar ilə hamımızı qürurlandırır. Gənclərimizin əldə etdiyi nailiyyətlər bizə deməyə əsas verir ki, gələcəyimiz etibarlı əllərdədir.

Əziz gənclər, bir daha sizin hər birinizi Gənclər Günü münasibətilə ürəkdən təbrik edir, sizə uzun ömür, cansağlığı, ailə səadəti və gələcək fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Keçidlər