Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

15 oktyabr 2026 | 10:03

İclasda Şuranın tərkibində dəyişiklik edilməsi, yeni üzvün təyin olunması, 2026-cı ilin payız və 2027-ci ilin qış mövsümünə hazırlıqla bağlı mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilmişdir. Yeni üzvün təyin olunması ilə bağlı müvafiq qərar qəbul edilmişdir.

Müzakirələr zamanı aidiyyəti sahələr üzrə mövcud problemlər araşdırılmış, mövsümi hazırlıqla bağlı görüləcək işlər və zəruri tədbirlər diqqətə çatdırılmışdır. Qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətlə icrası, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilmiş, icra vəziyyətinin nəzarətdə saxlanılması vurğulanmışdır.

İclasın yekununda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.

Keçidlər