İsmayıllıda “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda silsilə tədbirlər keçirilib
İsmayıllıda İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müxtəlif idarə və təşkilatlarda “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda silsilə tədbirlər keçirilib.
Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətlərindən söhbət açaraq qeyd ediblər ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrünün müstəsna yeri var. Bu dövr öz başlanğıcını 1969-cu il 14 iyul tarixindən götürür. Məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi həmin gün müstəqil və qüdrətli Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların təməl tarixi, həm də Azərbaycan xalqın özünəqayıdışının başlanğıcı kimi xatırlanır. Həmin dövr xalqımızın və dövlətimizin mənafeyindən irəli gələn əhəmiyyətli addımlar atılıb, misilsiz xidmətlər göstərilib. Həmçinin vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun inkişaf etdirilərək, ölkəmiz öz qüdrətini günbəgün artırır, yeni hədəflərə və nailiyyətlərə doğru əmin addımlarla irəliləyir.
Keçirilən tədbirlərdə Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyev haqqında filmlər nümayiş etdirilib, Ümummilli Liderin həyat yoluna həsr edilmiş sərgilər nümayiş olunub.