Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

19 sentyabr 2026 | 17:15

İsmayıllı rayonunda 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə dövlət idarə, müəssisə və təşkilatlarının rəhbər və əməkdaşları, gənclər, ağsaqqallar, şəhid ailələri, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Tədbir İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurovun çıxışı ilə açılıb. Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxışlarda 20 Sentyabr – Dövlət Suverenliyi Gününün Azərbaycanın dövlətçilik tarixində əhəmiyyəti vurğulanıb, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində xidmətlərindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasından bəhs edilib.

Çxışçılar tarixi nailiyyətin dövlətimizin gücünü, xalqımızın birliyini və həmrəyliyini nümayiş etdirdiyini bildiriblər. Gənclərin dövlətçilik ənənələrinin və milli dəyərlərin qorunmasında mühüm roluna diqqət çəkilib.

Tədbirin sonunda Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, iştirakçılar və rayon sakinləri əlamətdar gün münasibətilə təbrik olunub, ölkəmizə sülh, əmin-amanlıq və firavanlıq arzulanıb.

Keçidlər