İsmayıllıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar İsmayıllıda anım mərasimləri keçirilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında təşkil olunan tədbirlərdə 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda qanlı hadisənin tariximizdə buraxdığı izlər və nəticələri barədə geniş məlumat verilib. Qeyd olunub ki, zaman-zaman xalqımıza qarşı törədilmiş bu müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Bu istiqamətdə işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Anım tədbirlərində 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya nümayiş etdirilib.