Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd edilib

24 iyun 2025 | 08:59

İsmayıllı Rayon İcra Hakimiyyətində 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə dövlət qulluğunda çalışanlar peşə bayramı münasibətilə təbrik edilib. Dövlət quruculuğu sahəsində aparılan islahatların Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğu, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün də Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilib.

Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görüldüyü qeyd edilib. Cənab Prezident tərəfindən 2006-cı ildə dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsini dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsi olduğu vurğulanıb.

Bütün Dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edirik.

Keçidlər