İsmayıllıda 27 sentyabr Anım Günü ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət edilib
İsmayıllı rayonunda 27 Sentyabr-Anım Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib. İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ziyarətdə rayon rəhbəri Nahid Bağırov, hüquq-mühafizə orqanları, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak edib.
Ziyarət zamanı abidə önünə əklil, şəhid məzarları önünə gül qoyulub, din xadimləri tərəfindən 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub.
Ziyarətdən sonra şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Sentyabrın 27-də Anım Günü ilə əlaqədar saat 12:00-da rayon ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, səs siqnalları verilib.
Şəhidlər ölməz! Vətən var olsun!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!