İsmayıllıda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Gender bərabərliyi və idarəetmədə qadınlar” mövzusunda ictimai dinləmə keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Gender bərabərliyi və idarəetmədə qadınlar” mövzusunda ictimai dinləmə keçirilib.
İnteraktiv şəkildə keçirilən ictimai dinləmədə qanunvericilikdən irəli gələn məsələlər iştirakçıların diqqətinə çatdırılıb, ölkəmizdə gender məsələləri ilə bağlı dövlət siyasətindən və “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı”nın hədəflərindən bəhs edilib.
İctimai dinləmədə gender bərabərliyinin cəmiyyətin inkişafında mühüm rol oynadığı, qadınların idarəetmə proseslərində fəal iştirakının davamlı sosial-iqtisadi tərəqqiyə töhfə verdiyi vuğulanıb, qadınların qərar qəbuletmə mexanizmlərində təmsilçiliyi, mövcud çağırışlar və perspektivlər barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Rayonun ictimai həyatında fəallığı ilə seçilən qadınlara “Təşəkkürnamə” təqdim edilib.






