Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda abadlıq və yenidənqurma işləri sürətlə davam edir

29 aprel 2025 | 15:00

İsmayıllı rayonunda abadlıq, yenidənqurma və müasir infrastrukturun qurulması istiqamətində tədbirlər ardıcıl şəkildə həyata keçirilir.

Belə ki, M.F.Axundov küçəsində yerləşən 9, 15, 17 saylı kommunal yaşayış binalarında, H.Əliyev prospekti 111 saylı kommunal yaşayış binasında, eləcə də Cavanşir küçəsində yerləşən 21A, 21B və 15 saylı binalarda fasad, daxili və kürsü hissələrinin əsaslı təmiri həyata keçirilib. Binaların giriş qapıları yenilənərək üzlənib, ətraf məhəllələrdə isə müasir işıqlandırma sistemləri qurulub.

Bununla yanaşı, Cavanşir küçəsi 15 nömrəli kommunal yaşayış binasının həyətində yeni söhbətgah inşa edilib və geniş yaşıllaşdırma işləri aparılıb. Bu tədbirlər əhalinin rahatlığı, estetik mühitin formalaşdırılması və İsmayıllının abad simasının qorunması məqsədilə həyata keçirilir.

İcra olunan layihələr rayonda daha müasir və komfortlu yaşayış mühitinin yaradılmasına böyük töhfə verir və bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcəkdir.

Keçidlər