İsmayıllıda “Abidə mühafizəçisinin bir iş günü” mövzusunda tədbir keçirilib
19 dekabr 2025 | 15:53
18 dekabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə nümayəndəliyinin təşəbbüsü, İsmayıllı Rayon İcra Hakimiyyətinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində tədbir baş tutub. Tədbir Dövlət Xidmətinin yaradılmasının 11-ci ildönümünə həsr olunub.
Tədbirdə aidiyyəti dövlət qurumlarının, mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları iştirak ediblər.






