Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda ağacəkmə aksiyası keçirilib

12 noyabr 2026 | 09:36

İsmayıllı Rayon İcra Hakimiyyəti, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə kollecin həyətində ağacəkmə aksiyası təşkil olunub.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən aksiyanın əsas məqsədi ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji maarifləndirmənin təşviq olunması olub.

Aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və idarənin əməkdaşları, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin şöbə müdiri Elmir Ağayev, Həmkarlar Təşkilatının sədri Çingiz Aslanov, eləcə də kollecin tələbələri iştirak ediblər.

Aksiya çərçivəsində kollecin həyətində ağaclar əkilib, ərazidə yaşıllıq sahələrinin artırılması istiqamətində müvafiq işlər görülüb.

Qeyd edək ki, bu cür ekoloji təşəbbüslər ətraf mühitin qorunması, təbiətə qayğı mədəniyyətinin formalaşdırılması və daha sağlam gələcək naminə mühüm əhəmiyyət daşıyır.

Keçidlər