Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Ağsaqallar Şurasının hesabat yığıncağı keçirilib

25 may 2022 | 16:49

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib.

Yığıncaqda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Respublika Ağsaqallar Şurasının sədr müavini, Millət vəkili Eldar İbrahimov,  Millət vəkilləri Novruzəli Aslanov, Tahir Kərimli, idarə, müəssisə rəhbərləri və rayon ağsaqqalları iştirak edib.

Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər. Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov yığıncağı giriş sözü ilə açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb. Rayon rəhbəri respublikamızın son illər əldə etdiyi uğurlardan, qazanılmış nailiyyətlərdən, ağsaqqallara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb.

Daha sonra İsmayıllı rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov şuranın hesabatını tədbir iştirakçılarının diqqətinə çatdırıb. V. Salehov rayon ağsaqqalları adından onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidentinə və rayon rəhbərinə minnətdarlığını bildirib.

Çıxış edənlər bildirib ki, Azərbaycanda ağsaqqallara ölkə rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi qayğının bütün təzahürləri bu gün prezident İlham Əliyevin siyasətində özünü aydın şəkildə göstərir. Bildirilib ki, Respublikanın hər yerində olduğu kimi İsmayıllıda da Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərə rayon ağsaqqallarının dəvət olunması onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Sonda  Respublika Ağsaqallar Şurasının sədr müavini Eldar İbrahimov çıxış edərək ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda tərbiyə olunmasında ağsaqqallara hər zaman böyük ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Keçidlər