Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib

13 may 2025 | 18:00

Bu gün İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib.

Yığıncaqda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkili, Respublika Ağsaqallar Şurasının sədr müavini Eldar İbrahimov və  millət vəkili Novruzəli Aslanov, idarə, müəssisə rəhbərləri və rayon ağsaqqalları iştirak edib.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Ağsaqqalların ölkəmizin ictimai-siyasi həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından bəhs edib, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırdıq.

Azərbaycanda ağsaqqallara ölkə rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı göstərilir. Ulu Öndər Heydər Əliyevin ağsaqqallara göstərdiyi qayğının bütün təzahürləri bu gün prezident İham Əliyevin siyasətində özünü aydın şəkildə göstərir.

Respublikanın hər yerində olduğu kimi İsmayıllıda da Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərə rayon ağsaqqallarının dəvət olunması onlara göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Keçidlər