İsmayıllıda Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
27 Sentyabr – Anım Gününün altıncı ildönümü ilə əlaqədar İsmayıllıda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Heydər Əliyev adına Parkda keçirilən aksiya zamanı 200 ədəd Eldar şamı əkilib.
Aksiyada İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri və əməkdaşları, eləcə də tələbələr iştirak ediblər.
Əkilən hər bir ağac şəhidlərimizin əziz xatirəsinə ehtiramın, gələcəyə olan ümidimizin və həyatın davamlılığının rəmzidir.
Anım Günündə torpağa əmanət edilən bu ağaclar illər sonra böyüyərək şəhidlərimizin xatirəsini yaşadacaq, İsmayıllının yaşıllığına və gözəlliyinə öz töhfəsini verəcək.






