Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda atmosferə atılan karbon qazlarının azaldılması məqsədilə yeni layihələndirilən yaşayış binalarında mərkəzləşdirilmiş istilik sistemlərinin quraşdırılması və yaşıllıq zonalarının salınması müzakirə olunmuşdur

10 dekabr 2025 | 11:38

İsmayıllı Rayon İcra Hakimiyyətinin və aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən atmosferə atılan karbon qazlarının azaldılması və ekoloji tarazlığın qorunması məqsədilə rayon ərazisində yeni layihələndirilən çoxmənzilli yaşayış binalarında mərkəzləşdirilmiş istilik sistemlərinin quraşdırılması, eləcə də yaşıllıq zonalarının genişləndirilməsi və mühafizəsi ilə bağlı müzakirələr aparılmışdır.

Bu istiqamətdə görüləcək işlərin daha səmərəli təşkili üçün mütəxəssislərlə yerində görüşlər həyata keçirilmiş, yeni inşası davam edən yaşayış binalarına baxış keçirilərək müvafiq texniki tələblərə riayət olunması məsələləri qiymətləndirilmişdir.

Bununla yanaşı, ekoloji yükün azaldılması, enerji səmərəliliyinin artırılması və şəhərsalma prosesində müasir standartların tətbiqi məqsədilə əlavə tədbirlərin görülməsi barədə təkliflər irəli sürülmüşdür.

Keçidlər