İsmayıllıda bələdiyyələrlə görüş keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun və bələdiyyə sədrlərinin iştirakı ilə rayon icra hakimiyyətinin iclas zalında görüş keçirilib.
Görüşdə gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb. Beləki bələdiyyənin mövcud maliyyə durumu, bələdiyyə vergilərinin və rüsumlarının yığılması vəziyyəti, bu sahədə mövcud olan çətinliklər və problemlər müzakirə edilmiş, sakinlərin məmnunluğunun təmin edilməsi, onların müraciətlərinə baxılması, qaldırdıqları problemlərin həll edilməsi, yerli vergi və ödənişlərin vaxtında və tam həcmdə yığılmasının təmin edilməsi, vergi borcu olan vətəndaşların müəyyən edilməsi və onlarla müvafiq işin aparılması, bələdiyyə büdcəsinə vergi daxilolmaları, bələdiyyə büdcəsinin təyinatı üzrə səmərəli istifadəsi barədə metodik tövsiyələr verilmişdir.
Habelə bələdiyyələrin qanunsuz fəaliyyətinin qarşısının alınması, taxıl sahələrinin, meşə və yol kənarı ərazilərin şumlanması məsələri də müzakirə olunub.