İsmayıllıda Beynəlxalq “Sülh Günü” münasibətilə tədbir keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində İsmayıllı Rayon Mərkəzləşdirilmiş Kitabxanasında “Sülh və həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, habelə sülh və insan hüquqları mədəniyyətinin daha da möhkəmləndirilməsi ilə bağlı fikirlər tədbir iştirakçılarının diqqətinə çatdırıb. Xüsusilə gənc nəslin sülh ruhunda tərbiyə olunması, qarşılıqlı hörmət, humanizm, tolerantlıq, vətənpərvərlik və məsuliyyət hisslərinin aşılanması, gələcəkdə daha sağlam və həmrəy cəmiyyətin formalaşması barədə məlumat verilib. Tədbir qarşılıqlı dialoqla yekunlaşıb.






