Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Birgəyaşayış mədəniyyəti və sosial harmoniya” mövzusunda tədbir keçirilib

12 avqust 2025 | 13:57

Avqustun 12-də İsmayıllı şəhəri “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Birgəyaşayış mədəniyyəti və sosial harmoniya” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı RİH-nin əməkdaşı Bəhruz Xələfov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Qaya Xalıqov, İsmayıllı şəhəri “Məhəmmədiyyə” məscidinin imamı Faiq Soltanov, eləcə də din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycanda müxtəlif mədəniyyətlər ilə zənginləşmiş yeni tipli bir mədəniyyətin formalaşdığı, həmçinin bunun ölkəmizdə birgəyaşayışa, multikultural dəyərlərin ön mövqeyə çəkilməsinə və dinlərarası harmoniyanın möhkəmlənməsinə gətirib çıxardığı vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər