İsmayıllıda COP29-a həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Bu gün İsmayıllı Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP29-a həsr edilmiş ağacəkmə aksiyası keçirilib.
Aksiyada İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, RİH başçısının müavinləri, aparatın əməkdaşları, idarə, müəssisə və təşkilat nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər.
Ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.
Aksiya müddətində İsmayıllı rayonunda 10000 ədəd ağac əkilməsi nəzərdə tutulub.