Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Dəyərlərimizi ötürək” adlı tədbir keçirilib

31 iyul 2026 | 15:02

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin, Uşaq Səfirlər Məclisinin İsmayıllı rayon üzrə fəallarının birgə təşkilatçılığı ilə mərkəzdə Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri Novruzəli Aslanov və Əməkdar İncəsənət xadimi, şair Baba Vəziroğlunun iştirakı ilə “Dəyərlərimizi ötürək” adlı tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin və Mərkəzin əməkdaşları, Uşaq Səfirlər Məclisinin İsmayıllı rayon üzrə fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin əsas məqsədi ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi və ailə dəyərlərinin gənc nəslə ötürülməsi, sağlam ailə münasibətlərinin formalaşdırılması, ailədaxili qarşılıqlı hörmət, sevgi, məsuliyyət və birlik kimi dəyərlərin təbliği, həmçinin gənclərdə ailəyə bağlılıq və sağlam ailə modelinin formalaşdırılmasına dəstək olmaq idi.

Tədbirdə çıxış edən  Novruzəli Aslanov və Baba Vəziroğlu ailənin cəmiyyətin əsas dayağı olduğunu vurğulayaraq, ailə dəyərlərinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən bəhs ediblər.

İştirakçı gənclər tərəfindən mövzu ilə bağlı qonaqlara müxtəlif suallar ünvanlanıb və onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin bədii hissəsində Heydər Əliyev adına İsmayıllı şəhər Mədəniyyət Mərkəzi “Niyal” xalq ansamblının solisti Teymur Əziz və məktəblilər şairin qələmə aldığı şeirləri böyük həvəslə səsləndiriblər, eyni zamanda ailə və vətən sevgisini tərənnüm edən musiqi nömrələri ilə çıxış ediblər. Tədbirdə 60 nəfər iştirak edib.

Sonda qonaqlarla xatirə şəkli çəkilib.

Keçidlər