Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda futbol üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib

10 may 2022 | 14:26

İsmayıllıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş idarə, müəssisə, təşkilatlar arasında keçirilən futbol üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib.

Yarışda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, idarə,müəssisə və təşkilatların nümayəndələri, həmçinin futbol həvəskarları iştirak edib.

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin keçirdiyi yarışın əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin xatirəsinin yad etmək və futbola olan marağın artırılmasından ibarət olub.

Mayın 10-da keçirilən final oyununda İsmayıllı Regional Mədəniyyət İdarəsi I , İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsi II, Rayon Təhsil Şöbəsi III, Uşaq Gənclər İdman Şahmat məktəbi isə IV yeri qazanıb.

Yarışın qalibinə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok  və diplomlar, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsi tərəfindən isə pul mükafatı  təqdim edilib.

Qalib komandanı təbrik edirik!

Keçidlər