İsmayıllıda Gənclər Günü qeyd olunub
2 Fevral Gənclər Günü ilə bağlı İsmayıllı rayonunda tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Heydər Əliyev adına Mədəniyyət Mərkəzində davam etdirilən tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər gəncləri bayram münasibətilə təbrik edərək qeyd ediblər ki, gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, gənc istedadlara dövlət qayğısının artırılması və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülür.
Tədbir İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin “Niyal” instrumental ansamblının ifası ilə davam edib.
Tədbirin sonunda fərqlənən gənclərə Fəxri Fərman, Diplom və hədiyyələr təqdim edilmişdir.