Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda genişmiqyaslı təmir işləri başlayıb

11 oktyabr 2026 | 15:45

İsmayıllı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması, yaşayış şəraitinin yaxşılaşdırılması və yol infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, bölgələrdə infrastrukturun inkişafı, vətəndaşların gündəlik həyat şəraitinin yaxşılaşdırılması və mövcud problemlərin aradan qaldırılması diqqət mərkəzində saxlanılır.

Hazırda İsmayıllı şəhərinin M.F.Axundov küçəsində əsaslı təmir işləri aparılır. Ümumilikdə isə şəhərin 15 əsas küçə və məhəlləsində əsaslı və cari təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Görülən işlərin əsas məqsədi yol infrastrukturunu yaxşılaşdırmaq, sakinlərin rahatlığını təmin etmək və şəhərimizin daha abad, müasir görkəm almasına töhfə verməkdir.

Keçidlər