Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 102 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

28 aprel 2025 | 17:40

İsmayıllı Rayon İcra Hakimiyyəti və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 102 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycanın elm və səhiyyə sahəsində böyük xidmətlər göstərmiş Zərifə xanım Əliyevanın zəngin həyatı və yaradıcılığı, onun ölkəmizin tibb elminə verdiyi töhfələr barədə hazırlanmış sərgi ətrafında məlumat verildi. İştirakçılar böyük alimin xatirəsini ehtiramla yad ediblər.

Tədbirin ən yaddaqalan hissəsi İsmayıllı Mədəniyyət Mərkəzinin Xalq Teatrının təqdim etdiyi "Sən vüqarsan, sən qeyrətsən, sən anasan Azərbaycan qadını" adlı poetik kompozisiya oldu. Bu səhnə əsərində Azərbaycan qadınının əzəməti və vətənpərvərliyi yüksək bədii ifadə ilə vurğulanıb.

Keçidlər