Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib

10 may 2026 | 14:00

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Heydər Əliyev adına Mədəniyyət Mərkəzində davam edən tədbirdə şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisələrin kollektivləri, ziyalılar və gənclər iştirak ediblər.

Çıxışlarda Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərdən, xalq və dövlət qarşısındakı tarixi fəaliyyətindən geniş bəhs olunub. Vurğulanıb ki, Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs bu gün uğurla davam etdirilir, ölkəmizin inkişafı, milli birliyin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm nəticələr verir.

Ulu Öndərin zəngin dövlətçilik irsi, vətənpərvərlik ideyaları və Azərbaycançılıq məfkurəsi gələcək nəsillər üçün daim örnək olaraq qalır. Tədbirdə dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Keçidlər