Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda "Heydər Əliyevin şah əsəri: Konstitusiyamız" adlı tədbir keçirilib

13 mart 2025 | 16:23

İsmayıllı Rayon İcra Hakimiyyəti və Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 13 mart tarixində İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə "Heydər Əliyevin şah əsəri: Konstitusiyamız" adlı tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndələri, Təhsil Sektorunun əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak etmişlər. Tədbirdə ölkəmizin suverenliyinin və Konstitusiyanın əhəmiyyəti vurğulanaraq çıxışlar edilmiş, müvafiq mövzu ətrafında müzakirələr aparılmışdır.

Tədbir iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasının ölkənin hüquqi əsaslarının və demokratik idarəetmə prinsiplərinin təmin olunmasında mühüm rol oynadığını xüsusi vurğulamışlar.

Keçidlər