İsmayıllıda İSMA Ailəvi Restoranının açılış mərasimi keçirilib
İsmayıllı şəhərində yeni İSMA Ailəvi Restoranının açılış mərasimi keçirilib. Tədbirdə şəhid ailələri, ictimaiyyət nümayəndələri və sahibkarlar iştirak ediblər.
Ailəvi istirahət konsepsiyası ilə fəaliyyət göstərəcək restoran rayon sakinləri və İsmayıllıya gələn qonaqlar üçün əlavə xidmət və istirahət imkanları yaradacaq. Belə təşəbbüslər rayonun turizm potensialının və xidmət sektorunun inkişafına töhfə verir.
Restoranın fəaliyyətə başlaması ilə 15 yeni iş yeri yaradılıb ki, bu da yerli məşğulluğun artırılması baxımından əhəmiyyətlidir.
İSMA Ailəvi Restoranında 44 nəfərlik ailə zalı, 75 nəfərlik əsas zal və 16 nəfərlik VIP kabinet fəaliyyət göstərir. Uşaqlar üçün xüsusi əyləncə zonası da yaradılıb. Menyuda milli mətbəx nümunələri ilə yanaşı, fast-food çeşidləri təqdim olunur. Müştərilərin rahatlığı üçün şəhərdaxili çatdırılma xidməti də fəaliyyət göstərir.
Yeni müəssisəyə fəaliyyətində uğurlar arzulayırıq.






