Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda keçirilən üçgünlük regional konfrans işini yekunlaşdırıb

18 may 2023 | 17:36

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İsmayıllıda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirdiyi regional konfransa mayın 18-də yekun vurulub.

Tədbirin yekun günündə Dövlət Komitəsi və Rayon İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxsləri, İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev rayonda mövcud olan tolerantlıq mühiti barədə məlumat verərək ölkə rəhbərliyinin dini sahəyə qayğısının önəminə toxunub. Vurğulayıb ki, Azərbaycanda tarixən müxtəlif millətlərin nümayəndələri birgə yaşayıb, bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşıblar. Ölkəmizdə dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin fəaliyyəti Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir. Həyata keçirilən uğurlu siyasət nəticəsində müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dini sahəyə dövlət qayğısından bəhs edərək, bu sahədə qarşıda duran hədəflərin uğurla yerinə yetirilməsində din xadimlərinin roluna diqqət çəkib. Vurğulayıb ki, dinin cəmiyyət, ümumilikdə bəşəriyyət üçün əhəmiyyətindən sui-istifadə edən məkrli qüvvələrin onları əsl mahiyyətindən uzaqlaşdıraraq alət kimi istifadə etməsi faktlarının sayı gündən-günə artmaqdadır. Bu təhlükəli tendensiya hər bir ölkə üçün real təhdid mənbəyidir. Bu baxımdan yad dini ideologiyaların Azərbaycana ixracı cəhdlərinin qarşısının alınmasında din xadimlərinin, dini icma sədrlərinin aktiv fəaliyyəti xüsusi önəm daşıyır. Eyni zamanda dinlərarası dialoqun və əməkdaşlığın reallaşmasında, həmrəylik mühitinin qorunub-saxlanılmasında din xadimlərinin üzərinə daha böyük vəzifə və məsuliyyət düşür. Çünki din xadimləri onların arxasınca gedən insanların dini dünyagörüşünün formalaşmasına görə ən azı mənəvi məsuliyyət daşıyırlar.

Daha sonra İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov çıxışında maarifləndirmə işinin davamlı və intensiv keçirilməsi, icmaların bölgələrdə sosial-mədəni inkişaf prosesində daha yaxından iştiraklarının zəruriliyi vurğulayıblar.

Regional konfrans müzakirələrlə yekunlaşıb.

Keçidlər